Konqo Demokratik Respublikasında 160-dan çox Ebola virusuna yoluxma halı aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yoluxma 10 yaşayış məntəqəsində qeydə alınıb.

Qeyd olunur ki, Ebolaya yoluxan 162 nəfərdən 106-sı həyatını itirib.

Bundan başqa, 19 tibb işçisi də bu xəstəliyə yoluxub. Onlardan 3 nəfəri vəfat edib.

Bölgədə karantin işləri davam etdirilir.

Milli.Az