Kolumbiyanın Medelin şəhərində bu günlərdə "Miss Kolumbiya" müsabiqəsi keçirilib və ölkənin yeni gözlənin adı açıqlanıb, Sputnik Azərbaycan xəbər verir.
Milli.Az bildirir ki, bu il rəsmi olaraq "Señorita Colombia" adını 20 yaşlı tələbə Valeriya Morales Delqado qazanıb.
Müsabiqənin əvvəlindən Valeriya tamaşaçılar və jürinin diqqətini çəkməyə başlayıb, bikini konkursundan sonra isə o hamını öz ideal fiqurası ilə heyran qoyub.
Valeriya ABŞ-da kolleclərdən birində birinci kursda təhsil alır, ispan dili ilə yanaşı ingilis dilini də mükəmməl bilir. Təhsillə yanaşı professional model fəaliyyəti ilə məşğul olur.
Milli.Az