Azərbaycan 13-cü Dequ-Qyenbuk səyahət sərgisində təmsil olunur

Azərbaycan 13-cü Dequ-Qyenbuk səyahət sərgisində təmsil olunur
18:28 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Qyencu, 24 aprel, AZƏRTAC
Koreya Respublikasının Qyencu şəhərində XIII Dequ-Qyenbuk səyahət sərgisi işə başlayıb.
Sərgidə 200-dək yerli və xarici səyahət şirkəti, yerli turizm təşkilatları, həmçinin Koreya Respublikasında akkreditə olunmuş səfirliklər iştirak edirlər.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə ayrıca köşklə təmsil olunur. Azərbaycan köşkündə milli xalça nümunələri, musiqi alətləri, fotoşəkillər, milli geyimlər, Azərbaycan mədəniyyətinə dair suvenir və əşyalar nümayiş olunur. Həmçinin səfirliyin təşəbbüsü ilə ölkəmizin turizm və istirahət məkanları, tarixi abidələri barədə Koreya dilində hazırlanan müxtəlif broşürlər sərgi iştirakçılarına paylanılır.
Sərgi zamanı Azərbaycan köşkünü ziyarət edən Qyonsanbuk əyaləti qubernatorunun müavini xanım İn-Seon Liyə ölkəmiz haqqında məlumat verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Qyencu






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_13_cu_Dequ_Qyenbuk_seyahet_sergisinde_temsil_olunur-849526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR