Azərbaycana təkrar səfər edən turistlərin

Ötən illə müqayisədə bu il Birləşmiş Ərəb Əmirliyindən gələn turistlərin sayında azalma müşahidə edilir.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, bu il Səudiyyə Ərəbistanı və Küveytdən gələn turistlərin sayı artıb. Ümumilikdə isə bu il Azərbaycana gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım qeydə alınıb.

Turist axının yüksəldilməsi üçün turizm sahəsində təbliğatın artırılmasını vacib sayan N.Bağırov əlavə edib ki, ölkəyə təkrar səfər edən turistlər də olur. Onların arasında ərəb dövlətlərindən gələnlərin sayı xüsusilə çoxdur.

Sabaha olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR