Bakcell növbəti “Smart Start” təcrübə proqramını elan edib

Bakcell növbəti “Smart Start” təcrübə proqramını elan edib
19:53 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Bakcell şirkəti karyerasına başlamaq istəyən 18-25 yaş arası gənclərə, tələbə və məzunlara “Smart Start” təcrübə proqramına qoşulmağı təklif edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, akademik həyatdan karyeraya doğru addımlamaq imkanlarını asanlaşdıran “Smart Start” təcrübə proqramı sayəsində təcrübəçilər Azərbaycanın ən böyük şirkətlərindən birində təcrübə keçmək, biznes etikası, karyera inkişafı təlimlərində iştirak etmək və “Bakcell”də peşəkar mühitlələ tanış olmaq imkanı əldə edəcəklər.
Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verəcək. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.
http://www.bakcell.com/az/student-opportunities səhifəsində “Smart Start” haqqında daha ətrafli məlumat almaq və müraciət göndərmək olar.
Qeyd edək ki, ötən il “Smart Start” təcrübə proqramına 1500 nəfərdən çox namizəd müraciət etmişdi. Təcrübə proqramını müvəffəqiyyətlə bitirən və yüksək nəticələr nümayiş etdirən gənclərin bir neçəsi Bakcell tərəfindən daimi iş yeri ilə təmin olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakcell_novbeti_Smart_Start_tecrube_proqramini_elan_edib-849579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR