Samux, 24 aprel, AZƏRTAC
Samuxdakı Heydər Əliyev Mərkəzi Qarayeri qəsəbə kitabxanası ilə birlikdə “Kitablar danışır” adlı “dəyirmi masa” təşkil edib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə və Qarayeri qəsəbə kitabxanasının direktoru Samirə Məmmədova çıxış edərək kitabın həyatımızdakı rolundan danışıb, onun gənc nəslin təlim-tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.
Sonra tədbirdə iştirak edən kitabsevərlər musiqi sədaları altında şerlər söyləyib, maraqlı kompozisiyalar göstəriblər.

