İnsanlar diri-diri YANDILAR

Arxeoloqlar üçün vulkanik ərazilər qazıntı işləri aparmaq üçün daim diqqət çəkən bölgələr olub.

Çünki vulkan lavaların altında qalan insanlar və ərazilər uzun müddət öz şəklini qoruya bilir. Bu da arxeoloqların işini asanlaşdırır.

Arxeoloqlar bu dəfə Vezuvi vulkanı haqqında araşdırma aparıb. Metbuat.az xarici mediaya istinadən bildirir ki, italiyalı arxeoloqların vulkanın ətrafında yaşayan Herculaneum əhalisi haqqında apardığı araşdırma həmin ərazi ilə bağlı çox maraqlı fakları işıq üzünə çıxarıb.

Araşdırmalara görə, eramızın 79-cu əsrində Vezuvi vulkanının partlaması nəticəsində insanlar diri-diri yanıb. Deyilənə görə, tempratur o qədər yüksək olub ki, insanlar ölmədən dəriləri külə dönüb, istidən beyinləri partlayıb, hətta bədənlərindəki qan qaynayıb.

Sözügedən araşdırmanın fotolarını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR