Türkiyə XİN:  Rusiyanı Ermənistanı və erməniləri Türkiyənin dostluq çağırışlarına qarşılıq verməyə təşviqə çağırırıq

22:07 24 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 21:57 ]


Bakı-APA. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın 1915-ci il hadisələri ilə bağlı mövqeyini qınayan bəyanat yayıb.

 

APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi xəbərə gərə, bəyanatda qeyd edilib ki, Türkiyə üçün bu cür açıqlamalar heç bir əhəmiyyət daşımır.

 

Rusiya Dumasının 1995-ci ildən bəri hər 10 ildən bir təktərəfli erməni iddialarını dəstəkləyən siyasi açıqlamalarla çıxış etdiyi xatırladılıb və bildirilib ki, bu il də bu ənənə pozulmayıb: “Dumanın bu açıqlamasını da qınayırıq”.

 

“Türkiyənin dostluğuna önəm verməsini və həssaslığına diqqət etməsini gözlədiyimiz Rusiyanın mövqeyində israr etməsi bölgəmizdəki sülh, barış və rifaha yardımçı olmayacaq” deyə, açıqlamada bildirilib.

 

Türkiyə Rusiyanı bu məsələdə təktərəfli mövqedən çəkinib, Ermənistanı və erməniləri Türkiyənin dostluq və barış çağırışlarına qarşılıq verməyə təşviqə çağırıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381128

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR