Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna
gedəndən sonra yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçının
qardaşı Əhməd Qaşıqçı və həyat yoldaşı Ciddədə qətlə yetirilib.
Publika.az xəbər verir ki, bu barədə Beyrutda nəşr olunan
Diyar qəzeti məlumat yayıb.
İddiaya görə, Qaşıqçının qardaşının evinə gələn maskalı və əli
qılıncı şəxslər onu və arvadını doğrayaraq öldürüb. Əhməd
Qaşıqçının qonşuları bildiriblər ki, evə gələn naməlum şəxslərin
əlində qılınclar olub. Onlar Əhməd və həyat yoldaşının başını
qılınca kəsiblər. Onların üç övladı isə qaçaraq qonşuların evinə
sığınıb.
Şahidlər danışır ki, naməlum şəxslər ər və arvadı öldürdükdən sonra
cəsədlərini aparıblar. Daha sonra evə polislər gəlib və səhərə
qədər araşdırma aparıblar. Polislər evin qapısını dəmir bloklarla
bağlayaraq, kimsənin yaxınlaşmasına icazə vermirlər.
Asif