“Shamkir Chess 2015” beynəlxalq turnirdə növbəti turun görüşləri keçirilib

“Shamkir Chess 2015” beynəlxalq turnirdə növbəti turun görüşləri keçirilib
22:22 24 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 22:13 ]

Bakı-APA. Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq turnirində VII turun oyunları keçirilib.

 Apasport.az saytının məlumatına görə, tur Azərbaycan qrossmeysterlərinin dueli ilə əlamətdar olub.

 

Belə ki, bu dəfə yığmamızın liderləri Şəhriyar Məmmədyarovla Rauf Məmmədov üz-üzə gəliblər. “Ağlar”la oynayan Şəhriyar qalib gəlib, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq, Rauf isə ən azı komanda yoldaşını keçmək niyyətində idi. Lakin görüş sülhlə nəticələnib və hər iki şahmatçı liderə yaxınlaşmaq şansını əldən verib.

 

24 aprel

VII tur

Şəhriyar Məmmədyarov (Azərbaycan, 2756) - Rauf Məmmədov (Azərbaycan, 2658) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan,2791) - Maykl Adams (İngiltərə, 2746) - 1:0

Maksim Vaşye-Laqrav (Fransa, 2716) - Aniş Giri (Hollandiya, 2790) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya, 2783) - Maqnus Karlsen (Norveç, 2863) - 0:1

Fabiano Karuana (İtaliya, 2802) - Uesli So (ABŞ, 2788) - 1:0

 

Turnir cədvəli: Karlsen - 5,5 xal, Anand - 4,5, So, Karuana - 4, Məmmədyarov - 3,5, Qiri, Məmmədov, Vaşye-Laqrav - 3, Kramnik - 2,5, Adams - 2.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381129

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR