Türkiyədən Putinə şillə kimi cavab

Türkiyədən Putinə şillə kimi cavab
23:01 24 Aprel 2015
127 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidentinin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlətməsi ilə bağlı rəsmi bəyanat yayıb.

ANS PRESS-in məlumatına görə, bəyanatda deyilir:

"Rusiya prezidenti Vladimir Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım olaraq qiymətləndirməsini rədd edir və qınayırıq. Hüququn açıq şəkildə pozulması olan bu cür açıqlamalar Türkiyə tərəfindən qəbul edilmir.

Rusiya daim Qafqazlar, Orta Asiya və Şərqi Avropada yüz il boyunca həyata keçirdiyi kütləvi qətliamlar, sürgünlərlə öz tarixində Türk və müsəlman xalqlarına qarşı insanlıqdan kənar əməlləri göz önünə sərildiyində "soyqırım"ın nə olduğunu ən yaxşı özlərinin bilməsini düşünürük. Dövlət Dumasının "

Rusiya prezidentinin Ermənistanın yüzüncü il təbliğat kampaniyasının bir hissəsi olan 24 aprel İrəvan mərasimlərinə qatılması da bu çərçivədə dəyərləndirilməlidir.

Türkiyənin dostluğuna önəm verməsi və həssasiyyətlərini nəzərə alması gərəkdiyini gözlədiyimiz Rusiyanın səhv qərar verməsi bölgəmizdəki sülh və rifaha kömək etməyəcək. Rusiyanın bu məsələdə edə biləcəyi bir şey varsa, o da tərəfkeşliyini bir kənara buraxıb Ermənistan və erməniləri Türkiyənin dostluq və sülh çağırışlarına qərəzsiz qarşılıq verməyə təşviq etməsidir".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=340289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR