"Liverpul"da "yarpaq tökümü"

"Liverpul"da "yarpaq tökümü"
04:26 25 Aprel 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul" heyətində islahatlara başlayır.

ANS PRESS-in məlumatına görə, uğursuz çıхışa rəğmən Brendan Rocerslə yola davam etmək qərarına gələn İngiltərə klubu bir sıra futbolçuları ilə yollarını ayıracaq.

"Los Anceles Qalaksi" ilə anlaşan Stiven Cerrardın ardınca müqaviləsi bitməkdə olan Qlen Yohnson və Kolo Ture də komandanı tərk edəcək. Onlar istədikləri kluba azad agent kimi keçə biləcək.

Bundan başqa Raheem Sterlinq də klubdan ayrılmağa hazırlaşır. Yeni müqavilə təklifini rədd edən futbolçunun "Mançester Siti"yə keçidi gözlənilir.

Onun yanaşı, Martin Skrtel də klubla yeni müqavilə bağlamayıb. Futbolçunun "Volfsburq"la danışıqlar apardığı deyilir.

Xavi Manquillo isə İspaniyaya qayıtmaq qərarına gəlib. Həmçinin Fabio Borini və Rikki Lamber tun da satılması mümkündü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=339432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR