​Ancelina Coli BMT-nin fəaliyyətini tənqid edib

​Ancelina Coli BMT-nin fəaliyyətini tənqid edib
06:07 25 Aprel 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Aktrisa Ancelina Coli ötən gün BMT Təhlükəsizlik Şurasının (TŞ) növbəti iclası çərçivəsində Suriya böhranı ilə bağlı müzakirələrdə iştirak edib.
"Report" xəbər verir ki, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı İdarəsinin xoşməramlı səfiri olan aktrisa təşkilatın ünvanına tənqidlə çıxış edərək BMT-ni fəaliyyətsizlikdə və qaçqınların müdafiəsi üçün tədbir görmək istəməməkdə ittiham edib.
"Biz Suriyaya baxa və BMT-nin günahsız insanları müdafiə etməkdə tamamilə aciz olduğunu anlaya bilmirik. Heç kim bizim qətiyyətsizliyimiz ucbatından uşaqların həyatını riskə atmamalıdır", - deyə A.Coli bildirib.
İraq, Livan, İordaniya və Türkiyədəki qaçqın düşərgələrini dəfələrlə ziyarət edən aktrisa və rejissor BMT Təhlükəsizlik Şurası üzvlərinə müharibə qurbanları ilə görüşməyi təklif edib:
"Qaçqınlar BMT-nin iclasında iştirak edə bilmirlər, bəlkə siz onlara baş çəkəsiniz?"







Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ancelina-coli-bmt-nin-fealiyyetini-tenqid-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR