Bakıda “Mercedes” hasara çırpıldı, sürücü öldü

Bakıda “Mercedes” hasara çırpıldı, sürücü öldü
09:17 17 Oktyabr 2018
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərinin Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1986-cı il təvəllüdlü Məmmədov Tehran Akif oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/695306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR