Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

11:42 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 25 Aprel 2015 11:35 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda növbəti Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, aprelin 28-də Rusiyanın Tomsk vilayətinin biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Rusiya  biznes forumu təşkil olunacaq.

 

Tədbir Azərbaycan-Rusiya İşgüzar Əməkdaşlıq Palatasının təşkilatçılığı və Azpromo-nun dəstəyi ilə “Central Park Hotel” mehmanxanasında keçiriləcək.

 

Biznes forumda səhiyyə, enerji, İKT, mebel istehsalı və digər sahələri təmsil edən Rusiya şirkətləri iştirak edəcəklər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR