Zaurla Səidənin 5 illik küsülülüyü bitdi

Müğənni Səidə Sultanla aparıcı Zaur Baxşəliyev arasında illər əvvəl yaşanan küsülülük bitib. Metbuat.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, 2013-cü ildə Zaur "Ümid var" proqramına sənətçinin 80 yaşlı nənəsi Əminəni çıxarmışdı. Həmin vaxt Əminə xanım Səidə haqda gözlənilməz açıqlamalar verib. O, Səidəni evdə kişi ilə tutduğunu, anasının cadu ilə məşğul olduğunu söyləyib.


Zaurla Səidə arasındakı qalmaqal da həmin andan sonra baş verib. Müğənni aparıcının ona demədən yaşlı qadını efirə buraxmasına və onu biabır etməyə icazə verməsinə əsəbiləşib. Hətta Səidənin həmin hadisədən sonra ATV kanalına çıxmasına qadağa da qoyulmuşdu.

Səidə həmin gündən dəfələrlə ATV kanalı ilə bağlı qalmaqallı statuslar yazıb, açıqlama verib. O, hər zaman kanalı və aparıcını tənqid edib, "O nənəyə şərait yaradan kanalın bir gün çökən vaxtını görəcəm. Çünki onlar soruşmamış, xəbər verməmiş, namərdlik etdilər" kimi açıqlama verib.

Bu günlərdə isə Səidə Zaurun verilişlərində qonaq olub. Sənətçi ilk olaraq "Zaurla Günaydın" proqramına qatılıb. Həmin gün verilişi Günay Baxşəliyeva tək aparıb, Zaur isə Moskvada olub. Ötən gün isə Səidə Zaurun "Bizimləsən" proqramında qonaq olub. Beləcə, hər iki məşhur 5 ildir davam edən küsülülüyə son qoyduğunu göstərib. Z.Baxşəliyev Səidəni "Bizim gözəl, göyçək, şıltaq və hər kəsin sevimlisinə çevrilən Səidə Sultan" sözləri ilə təqdim edib.

Qeyd edək ki, S.Sultanın nənəsi efirdə "Anasına cadügər dedim. Səidə də bunun üstündə qolumdan tutub qapıya çırpdı. İki gün sonra qolum göyərdi. Dedi gördüyünü desən, basıb gözlərini çıxardaram” sözlərini söyləmişdi.

Lift qəzalarının qarşısını necə alaq? - Dünya təcrübəsi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR