“Çəkəni olmuşam, iyini bilirdim”

Naftalanda narkotik istifadəçisi saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, ARB TV xəbər verir ki, polis şöbəsinə Ağsu sakini İmadəddin Talıbovun üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub.

Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları həmin şəxsi şübhəli kimi saxlayıblar. Şöbədə Talıbovun üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotiki Qax rayonunda şəxsi istifadəsi üçün yığıb topladığını deyib.

İmadəddin Talıbov – Saxlanılan şəxs:

“2-3 ay olar Qax rayonuna yolum düşmüşdü. Meşəlikdən keçirdim. Hiss elədim ki, iy gəlir. Çəkəni olmuşam, iyini bilirdim. Gedib gördüm ki, kollar var. Onu yığıb qurutdum”.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR