"Real"ın "Levante"yə məğlub olmasından (1:2) sonra baş məşqçi Xulen Lopeteqinin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Real"ın prezidenti Florentino Peres "Levante" ilə oyundan sonra paltardəyişmə otağına baş çəkib. O, məşqçilər korpusu ilə söhbət edib.
Bundan sonra Peres Lopeteqi ilə 15 dəqiqə söhbətləşib. Məlumata görə, söhbət pozitiv əhvalda yekunlaşıb. Peres Lopeteqiyə söz verib ki, onu Çempionlar Liqasında "Viktoriya" ilə keçiriləcək oyuna qədər istefaya göndərməyəcək.
"Kral klubu" son 5 oyunun 4-də məğlub olub.
"Real" İspaniya La Liqasının növbəti turunda "Barselona" ilə qarşılaşacaq.
Milli.Az