"İnter" əsas heyətin 6 futbolçusunun müqaviləsini artırıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, məlumat klubun rəsmi saytında yer alıb. Braziliyalı müdafiəçilər Dalbert (2023) və Joao Miranda (2020), italiyalı yarımmüdafiəçilər Antonio Kandreva (2021) və Roberto Qalyardini (2023), xorvat Marcelo Borozoviç (2022), həmçinin uruqvaylı yarımmüdafiəçi Matias Vesino (2022) daha bir neçə il klubun şərəfini qoruyacaq.
"İnter" İtaliya çempionatında 9 turdan sonra turnir cədvəlində üçüncüdür. Lider "Yuventus"dan 6 xal geri qalır. Spalettinin komandası A seriyasında 6 qələbə qazanıb, bir oyunda bərabərə qalıb, 2 matçdan məğlub ayrılıb.
Milli.Az