Yeni turizm brendini qınayanlara

Bir müddət öncə Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə Bakıda keçirilən Milli Turizm Sammitində “Take another look” başlıqlı yeni milli turizm brendi təqdim olundu.

Təqdimatdan sonra yeni brend sosial şəbəkədə müzakirə mövzusuna çevrildi. Belə ki, bəzi insanlar loqonun bəsit olduğunu, bəziləri idə plagiat olduğuni iddia etdilər.

Sosial şəbəkədəki müzakirələrlə bağlı Metbuat.az-a açıqlama verən Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, brendə yanaşmada zövqlər mübahisəsi olmamaldır:

“Yeni turizm brendiylə bağlı müsbət və mənfi reaksiyalar var. Hətta yazılış qaydasını və rəngini hansısa brendə bənzədənlər də mövcuddur. Brendin fəlsəfəsi çəkilmiş şəkil deyil, onun böyük bir konsepsiyasıdır. Brend Azərbaycanın istifadəsi üçün nəzərdə tutulan bir şey deyil. Bu, ölkənin xaricdəki bazarlarına tuşlanıb. Marketoloqlar bu brendin hansı bazarlarda necə işləniləcəyini öncədən öyrəniblər. Yeni brendin arxasında elm, marketinq araşdırmaları dayanır. Hansısa bir dairə və yarımdairəni çəkməklə iş bitmir.

“Take another look” bir fəlsəfi yanaşmadır. A hərfində olan iki inteqrasiya Azərbaycanın fərqliliyinin zənginliyini, yaxud zənginliyinin fərqliliyini göstərməkdir. Azərbaycan özündə bir şox şeyləri cəmləşdirib. Azərbaycanda hər şeyin kontrastı var. O kontrastı göstərmək üçün yol tapmaq lazım idi. Biz də iki linzanı birləşdirib, onun kontrastın göstərdik. Tənqidə çox açıq bir qurumuq. İstəyirik ki, cəmiyyətə yaxın olaq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“Çatışmayan sürət “Qarabağ”ın məğlub olmasına səbəb oldu” - Pərviz Musayev – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR