Bakıda Nargis jurnalının təşkilatçılığı ilə Samira Mustafayevanın mətbuat konfransı

Oktyabrın 28-də Bakıda ilk dəfə Samira Mustafayevanın ustad dərsi keçiriləcək.

Metbuat.az xəbər veriri ki, Nargis jurnalının xüsusi dəvəti ilə 52-ci nömrənin üz qapağının qəhrəmanı, bədii gimnastika üzrə idman ustası, dünya çempionatlarının mükafatçısı Samira Mustafayeva ustad dərsi ilə Bakıya gəlib.

Boulevard Oteldə Samira Mustafayeva mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.

Bakını çox bəyəndiyini söyləyən Samira xanım bir çox uğurlara imza atıb.

Beynəlxalq Gimnastika Federasiyasının versiyasına əsasən dünya səviyyəli gimnast Samira Mustafayeva «SM Stretching» @smstretching studiya şəbəkəsinin sahibi və ideya rəhbəridir. Bu studiya şəbəkəsində 3 istiqamət təqdim olunub: Stretching, TRX və BARRE. Oktyabr ayının əvvəlində Samirə və onun həyat yoldaşı Moskvada artıq beşinci studiyasını açıblar.

Bədii gimnastika sahəsində idman karyerası boyunca o dünya miqyaslı müsabiqələrdə öncə Azərbaycanı, sonra isə Rusiyanı təmsil edib, mükafatlar qazanıb.

Samira Tokioda (2008) AEON Kubokunda, Mie'də (2009) Dünya Çempionatında, Moskvada (2010) Dünya Çempionatında, Kazan şəhərində (2012) bədii gimnastika üzrə Rusiya çempionatında bürünc medallar qazanıb. Həmçinin Kazan şəhərində (2012) keçirilən Rusiya çempionatında topla çıxışına görə qızıl medala, Vittoriada (2012) Beynəlxalq bədii Gimnastika Turnirində və Kazan şəhərində (2013) bədii gimnastika üzrə Rusiya çempionatında qızıl medallara layiq görülüb.

"Bir nеçə nəfərdən ibarət qrupla ilk stretçinq dərsimi keçirdiyim kiçik zirzəmidən biz studiya şəbəkəsinə qədər böyüdük, hazırda bu studiyalarda üç istiqamət təqdim olunur!" – Nargis jurnalının oktyabr nömrəsinə verdiyi eksklüziv müsahibəsində Samira bildirmişdi.

Tural İsmayılov/Metbuat.az

Fotolar: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR