Ötən ilin 11 ayı kriptovalyuta bazarının aparıcı valyutası olan bitkoin üçün çox uğurlu keçdi.

Belə ki, bitkoinin qiyməti bu müddət ərzində 20 dəfə bahalaşdı. Onun dəyəri 900 dollardan 20 min dollara kimi yüksəldi. Kriptovalyutanın sürətlə yüksəlişə keçməsi heç nədən mənfəət əldə etmək istəyənləri şirnikləndirdi. Bir anda hər kəs əlindəki pulu bitkoinə yatırmağa başladı. Lakin bu şirin yuxu heç də uzun çəkmədi. Dekabrın həmin il dekabrın 12-də bitkoin sürətli şəkildə geriləməyə başladı. Tam 5 gün ərzində kriptovalyuta 45% ucuzlaşdı.

Ekspertlərin 2018-ci ilin əvvəllərində bitkoinin yenidən yüksəlişə keçəcəyi, hətta 50 min dollara çatacağı proqnozları özünü doğrultmadı. Mütəxəssislərin “Kriptovalyuta ili” adlandırdıqları 2018-də bitkoin daha da ucuzlaşdı. Hazırda bitkoinin son bir ayda qiyməti 6 min dollar arasında dəyişir.

Bitkoin 2018-də gözləntiləri doğrultmadı

Bitkoin ilin sonuna yaxın yenidən yüksəlişə keçə bilərmi?

Metbuat.az-a açıqlama verən iqtisadçı İlham Əzizov bildirir ki, yaxın gələcəkdə kriptovalyutaların heç birinin uğur qazanması mümkün deyil:

“Dünyanın seçilən iqtisadçıları bitkoinin heç vaxt real zəmin olduğunu deməyiblər. Bitkoin kriptovalyutası dollara qarşı bəzi ölkələr savaş elan edəndən sonra vüsət almağa başladı və psixoloji məsələ olaraq dünyada yayıldı. Əslində, onun iqtisadi zəminləri çox zəif və aşağıdır. Bitkoin yaxın gələcəkdə özünü tapmayacaq. Bu səbəblə, onun bahalaşması gözlənilmir.

Bitkoin 2018-də gözləntiləri doğrultmadı

Ümumiyyətlə, dolları dünya bazarlarında zəiflətmək məsələsi hələ ki, öz təsirini tapa bilmir. Çünki dünya bank sistemi dollarla hesablanır. Dollar o qədər möhkəmdir ki, heç avro da ona qalib gələ bilmir. Çünki dollar real iqtisadiyyata əsaslanan valyutadır. Ona görə də, bitkoin getdikcə qiymətini itirməyə başlayacaq. Bitkoinə ümid edib, hansısa maliyyə siyasəti keçirmək ağlabatan deyil.

Dünya iqtisadiyyatın real valyutaya söykəndiyini artıq anlayıb. Real olmayan valyuta şirkətlərin itirilməsinə, insanların mal və varlıqlarının əllərindən çıxmasına səbəb olur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yeni salınan yol 1 ildən sonra belə oldu - Qarşı tərəfin cavabı nə olacaq? / FOTOLAR