Hindistanda rusiyalı turist həyatının kabusunu yaşayıb.

Publika.az "Hindustan Times"a istinadən xəbər verir ki, ölkənin şimalındakı Manali şəhərində iki naməlum şəxs otelə qayıdan 33 yaşlı rusiyalı turisti zorla maşına otuzduraraq, tənha yerə aparıblar və ona cinsi təcavüz ediblər. Zərərçəkən polisə şikayət edib.

"Müraciəti qeydə almışıq və cinayətkarları ələ keçirmək üçün 3 əməliyyat qrupu yaratmışıq", - deyə yerli polis idarəsindən bildirilib.

Qeyd edək ki, bu, Manalidə ilk belə hal deyil. Bu ilin mayında yaponiyalı turist də eyni aqibəti yaşamışdı.