Xırdalana METRO xətti nə vaxt çəkiləcək?

Bu gün metroya ən çox təlabatın olduğu yerlərdən biri də sözsüz Abşeron rayonu Xırdalan şəhəridir.

Paytaxta yaxın yerdə yerləşməsi, üstəlik buradakı evlərin nisbətən ucuz olması əhalinin sözügedən ərazidə daha çox məskunlaşmasına səbəb olur. Bu göstəriciləri əsas götürdüyümüz təqdirdə, yaxın gələcəkdə sözügedən ərazidə metro xəttinin istifadəyə verilməsi planlaşdırılırmı?

Məsələylə bağlı Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Xırdalanda metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulmur:

“Həmin istiqamətə yaxın olan metronun Bənövşəyi xəttidir. Onun axrıncı stansiyası Avtovağzaldır. Avtovağzal stansiyasından Xocahəsən qəsəbəsində yerləşən depomuz olacaq. Hazırda onun inşaası davam etməkdədir. Bu ilin aprel ayında onun sağ tunelinin qazıntı işləri başa çatır, digər tuneldə isə iş gedir.

Avtovağzal-Memar Əcəmi xəttinin 3-cü stansiyası 2019-cu ilin axrı, 2020-ci ilin əvvəlində Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, "Papanin" kimi tanınan ərazidə istifadəyə veriləcək. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”ndə Xırdalanda metro stansiyasının istifadəyə verilməsi nəzərdə tutulmur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah hava belə olacaq - Proqnoz açıqlandı -TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR