Dünyada ən məşhur kriptovalyuta olan bitkoin ucuzlaşıb.
Metbuat.az xəbər verir ki, bitkoinin qiyməti 31 oktyabr saat 10:07-də 6.333 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 0.2% ucuzlaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
