Nəqliyyat Nazirliyi: İctimai nəqliyyatda gediş haqqının artması hələlik gözlənilmir

13:22 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 13:20 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov bildirib.

 

N. Həsənov deyib ki, hələlik qiymət artımı gözlənilmir.

 

Qeyd edək ki, Azərbaycanda bu gündən Tarif Şurasının qərarı ilə yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR