Avronun məzənnəsində bir müddətdir ucuzlaşma müşahidə edilir.

Hazırda 1 avro 1,9284 manat təşkil edir. Avro niyə dəyər itirir və gözləntilər nədir?

Sualla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, avronun kursunun azalmasına səbəbi Avrozonada mövcud siyasi və iqtisadi dəyişikliklərlə bağlıdır:

“Avrozona üçün 2018-ci ilin 9 ayının nəticələri proqnozlaşdırılandan xeyili bədbin olub. Zonada cəmi 0.2 faiz iqtisadi artım qeydə alınıb. Buna rəğmən infilyasiya göstəricisi gözləniləndən daha yüksəkdir. Bu arada Almaniya kanslerinin seçkilərdə iştirak etməyəcəyini bəyan etməsi də birjaya təsirsiz ötüşməyib. Avrozona gündəmini tutan İtaliyanın populist büdcəsi də avronu sarsıldan səbəblərdən hesab edilir. Avronun məzənnəsində yaxın vaxtlar üçün kəskin artımlar proqnozlaşdırılmasa da gözlənilir ki, Avropa pulu müəyyən müddətdən sonra stabilləşə biləcək. Amma Avropa Birliyi büdcəsi və İtaliyadakı siyası problemlər qalarsa o zaman avro yeni “qara günlərini” yaşaya bilər.

Qeyd edək ki, bu ilin martında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazım idisə indi tələb edilən məbləğ 1.13-dək azalıb. Bu avronun yalnız son 6 ayda 9 faiz ucuzlaşması deməkdir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Uçot dərəcəsi AŞAĞI ENDİ - Kredit fazilərinə təsiri olacaqmı? – TIKLAYIN!