Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb. Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib. Türkiyənin Mardin vilayətində bomba yüklü avtomobillə birlikdə 5 terrorçu ələ keçirilib. ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb. Rusiya 322 Ukrayna vətəndaşı və 68 şirkət barəsində sanksiyalar tətbiq edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyadan olan həmsədr İqor Popovu, Fransadan olan həmsədr Stefan Viskontini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb. Nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir.

Paşinyanın HİYLƏGƏR PLANI, buzlar üstündə MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağda toqquşmalar güclənəcək və... - “Kommersant” Paşinyanın HİYLƏGƏR PLANINI AÇDI