"Roma"nın idman direktoru Roman Monçi Avropa nəhənglərinin diqqət mərkəzində olan Cengiz Ündər haqda açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Monçi İtaliya mətbuatına açıqlamasında Cengizi nə olur olsun, komandada saxlayacaqlarını deyib:

"Komandanın Cengizə ehtiyacı var. Yay transfer pəncərəsi dövrünə qədər gələcək bütün təklifləri rədd edəcəyik. Nə qədər yüksək məbləğ təklif olunsa belə, Cengiz komandada qalacaq. "Roma"nın çempionluq yolunda onun köməyinə ehtiyacı var".

"Arsenal", "Bavariya", "Tottenhem", "Monako" kimi klublar türk futbolçunu heyətinə qatmaq istəyir.

21 yaşlı futbolçu cari mövsümdə "Roma" forması ilə çıxdığı 11 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Milli.Az