Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı geniş antiterror əməliyyatı keçirib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Diyarbəkir vilayətinin 11 rayonunda keçirilən antiterror əməliyyatı zamanı şübhəli qismində 24 nəfər saxlanılıb. Tutulan şəxslərdən ümumilikdə 579 min 608 ABŞ dolları, 5 min 300 avro, 1 milyon 304 min Türkiyə lirəsi, 124 min 800 Suriya lirəsi, 36 mobil telefon, qanunsuz işlərdə istifadə etdikləri digər qurğular və saxta sənədlər aşkar olunaraq götürülüb.
Məlumata görə, bundan əlavə tutulan dəstə üzvlərinin İraq, İndoneziya, Livan, Liviya və digər ölkələrə qanunsuz pul köçürdükləri müəyyən edilib.
Günay Elşadqızı / METBUAT.AZ