Zaurdan SƏRT İSMARIŞ: "Bunun altında kim yatırsa, Allaha cavab verəcək"

Bir müddət əvvəl əməkdar artist Tünzalə Əliyevanın ATV-də yayımlanan "BizimləSən" verilişində mənzil krediti üçün xalqdan, eləcə də sənət dostlarından maddi dəstək istəməsi hələ də müzakirə olunmaqdadır.

Metbuat.az-ın baku.ws-ə istinadən verdiyi məlumata görə, bütün deyilən mənfi fikirlərdən təngə gələn aparıcı Zaur Baxşəliyev növbəti dəfə sözügedən məsələ ilə bağlı açıqlama verib.
Aparıcı canlı efirdə aktrisa üçün keçirdiyi yardım aksiyasına "don" geyindirənlərə bunları deyib:
"Biz "Toppuş bacı"ya dəstək olanda buna çox donlar geyindirdilər. Ay Toppuşun villası var, evi var, nəyi var... Bunların heç biri olmaya-olmaya onun adına yazdılar. Hələ də səngimək bilmir. Anası da dünyasını dəyişdi, səngimək bilmir, əl çəkmirlər. Bilmirəm, bunun altında kim yatırsa, Allaha cavab verəcək. Biz buna qarışmırıq. Bu, birmənalı şəkildə".

Şəkinin bu kəndi asfalt yola həsrətdir - Problem həllini nə vaxt tapacaq? - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR