Fidan Axundova:

"İfa etdiyim, obrazları şəxsiləşdirməyi sevmirəm".

Bu sözləri "Könül yarası" serialda baş rolu ifa edən aktrisa Fidan Axundova rolu haqda Metbuat.az-a danışarkən deyib:

"Serialda özümdən 12 yaş balaca oğlanla sevgi münasibətləri yaşayırıq. Mən ifa etdiyim rolları şəxsiləşdirməyi sevmirəm. Amma mən öz həyatımda subay olsa idim də, özümdən kiçik oğlanla sevgili olmazdım. Xarakterimə uyğun deyil". Aktrisa "Könül yarası" serialının çəkiliş meydançasından da danışıb:

"Çəkiliş zamanı davalarımız çox olur, qohumlar arasında belə söz söhbət olur. Biz də bütün günü dalaşırıq. Əlbəttə ki, bütün bunlar bir zarafatdır. Çəkilişlərimiz çox gözəl keçir".

Qeyd edək ki, "Könül yarası" serialı həftəiçi hər gün 19:00-da ARB telekanalında yayımlanır.

80 yaşlı Əhməd dayının 4 oğlu ona sahib çıxmır?- VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR