Boks üzrə üçqat Olimpiya çempionu olan kubalı Feliks Savon saxlanılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 51 yaşlı Savon 12 yaşlı yeniyetməni zorlamaqda ittiham olunur.

O, sentyabrın 30-dan təcridxanada saxlanılsa da, Kuba hakimiyyəti bu barədə rəsmi açıqlama vermir.

Bildirilir ki, Savon oxşar insidentlərlə əvvəllər də əlaqəli olsa da, hər dəfə məsuliyyətdən yayına bilib.

Milli.Az