Dünya liderləri Camal Kaşıkçı cinayətini

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Paris səfəri zamanı jurnalist Camal Kaşıkçı cinayəti ilə bağlı bır sıra hökumət və dövlət başçıları ilə müzakirələr aparıb.

Metbuat.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bu barədə məlumat verən Ərdoğan bildirib ki, cinayətin səs yazısını Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp da dinləyib.

“Onların səsi dinləyərkən ciddi narahatçılıq keçirdiyini hiss etdim” deyən Ərdoğan, cinayətin bütün detallarının üzə çıxarılacağını bəyan edib:

“Qatilləri başqa yerdə axtarmağa ehtiyac yoxdu. Onlar krallıqda mühakimə edilən 18 şübhəlinin arasındadır. Jurnalistin öldürülməsi təlimatını kim verib? O da müəyyən edilməlidir”.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR