Meymun 12 günlük körpənin ölümünə səbəb oldu -

Hindistanda meymun 12 günlük körpənin ölümünə səbəb olub.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Uttar Pradeş əyalətində meymun evə girib anasının əmizdirdiyi Aruş adlı körpəni qaçırıb. Ananın çığırtısını eşidən qonşular uşağı xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Körpənin atası açıqlamasında "Evin qapısı açıqdı. Həyat yoldaşım oğlumuzu əmizdirərkən meymun evə girib və körpəni boynundan tutaraq qaçırıb. Bir müddətdən sonra meymun onu qonşunun evinin damına buraxıb. Ancaq təəssüf ki, artıq gec idi, oğlumuzun nəbzi atmırdı"- deyib.

Qeyd edək ki, körpə iki ildir evli olan cütlüyün yeganə övladı idi.

Aysel Yaqubqızı / Metbuat.az

Evdə yanaraq ölən uşaqların FOTOLARI


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR