Milli Kulinariya Mərkəzi ictimaiyyətə müraciət edib -

Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən, bu günə qədər bir çox bölgələrimizin mətbəxi toplanıb və nəşr edilib.

Metbuat.az xəbər verir ki, Milli Kulinariya Mərkəzi hazırda Bakı mətbəxi üzərində işləyir.

Yüzə yaxın xörək reseptləri toplanılıb. Mərkəz bu işdə ictimaiyyətin köməyindən istifadə etmək üçün müraciət edib.

Müraciətdə deyilir: “Bakı mətbəxində hazırlanan xörəklər və ya Bakının kəndlərinə (Bibiheybət, Keşlə, Əhmədli, Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə, Suraxan, Əmircan, Ramana, Balaxanı, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat, Fatmayi, Novxana, Saray, Masazır, Corat, Goradil, Pirşağı, Kürdəxanı, Maştağa, Nardaran, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca Həsən, Pirəkəşkül, Biləcəri, Qobu) məxsus xörək, şirniyyat reseptləriniz varsa bizə göndərəsiniz.
Reseptlərə əlavə olaraq Bakı mətbəxi ilə bağlı olan bütün məlumatlar ( hekayə, yaşlı nəsildən əldə edilən məlumatlar, kəndlərdə tanınmış aşpazlar haqqında məlumatlar) qəbul edilir”.

Resept və ya digər məlumatları göndərən şəxslərin adları kitabda qeyd olunacaq.

Əlaqədar şəxs :
Elnurə Quliyeva
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu
cuisine.baku@inbox.ru
Tel:0125370135

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)