Fransa millisinin futbolçusu Antuan Qrizmann UEFA Millətlər Liqasında Hollandiyaya 0:2 hesabıyla məğlub olduqları matçdan sonra fikirlərini bildirib.
Milli.Az komanda.az-a istinadən bildirir ki, Fransa mətbuatına danışan Qrizmann, məğlubiyyəti belə şərh edib:
"Bu gün bizim gecəmiz deyildi. Əlimizdən gələni etməyə çalışdıq. Oyundan əvvəlki planlarımıza uyğun hərəkət edə bilmədik. Qarşıda Uruqvay millisi ilə yoldaşlıq oyunumuz var. Bu matçda azarkeşlərimizin qarşısında yaxşı oyunla qələbə qazanmaq istəyirik".
Fransa - Uruqvay matçı noyabrın 20-də keçiriləcək.
Milli.Az