Noyabrın 14-də Moskva şəhərinə ezamiyyədə olan Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşları Rusiyanın sərgi mərkəzində (BDUX) yerləşən Texnograd şəhərciyində olublar.

Metbuat.az xəbər verir ki, şəhərciyin açılışında RF-nın Prezidenti Vladimir Putin iştirak edib. Texnograd yeni innovativ ideyalar, tədris və elm mərkəzi kimi fəaliyyətə başlayıb.

Texnogradın rəhbərliyi ilə görüş keçirilib. Azərbaycanla əməkdaşlıq yolları araşdırılıb və müvafiq müqavilə üzərində işlənməyə başlanılıb.

Azərbaycan nümayəndə heyətini Texnogradın kulinariya bölməsinin rəhbəri Vladimir Oleynikov müşaiyət edib. Nümayəndə heyətimiz aşpazlıq, qənnadçılıq, çörəkçilik, barmenlik, süfrəçilik bölümləri ilə dünyada hələlik 2-3 nümunəsi olan yeni istehsal avadanlıqları ilə, distansiyadan idarə olunan sobalarla (aşpaz evdə oturub kompyuterlə sobaya lazımi tapşırıqlar verir), 3D qida printerlərinin istehsalat yoxlamaları və s. tanış olublar.

Qeyd edək ki, Texnograd 100% dövlət müəssisədir. Bütün xərclər dövlət büdcəsindən ayrılır.

Çox böyük və müasir avadanlıqla təchiz edilmiş zalda müxtəlif peşə məktəblərindən dəvət edilmiş müəllim və şagirdlərə “Azərbaycan mətbəxi” haqqında mühazirələr oxunub.

Tərəfimizdən Rusiyasın “Olimpiya Komandası”nın aşpazı Vladimir Ostrovski 70 illik yubileyi münasibəti ilə mükafatlandırılıb. Texnogradın kitabxanasına kitablarımız bağışlanıb.

Nümayəndə heyətimiz ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində görüş keçirilib. Bizim təşəbbüsümüz və məktubumuzla bağlı XİN-in tapşırığı ilə Rusiyadakı Azərbaycan restoranlarından mətbəximizin təbliğində geniş istifadə ilə bağlı məsələləri müzakirə edilib. Səfirliyə kitablarımız hədiyyə olunub.

15.11.2018 tarixdə Lomonosov adına MDU-da elmi konfransın açılış mərasimində Tahir Əmiraslanov iştirak edərək, nitq söyləyib. MDU-nun kitabxanasına 8 kitab hədiyyə verilib.
Konfransda“Azərbaycan mətbəxi. Tarixi və arxeoloji baxımdan” adlı elmi məruzə ilə çıxış edilib və elmi konfrans öz işinə davam edib.

17.11.2018 tarixdə məşhur Azərbaycanlı aşpaz, bloger, jurnalist Stalik Xankişiyevin evində görüş keçirilib. Birlikdə görüləcək işlər müzakirə edilib. Kitablarımız hədiyyə edilib və Stalik Xankişiyev də öz kitablarını bizim nümayəndə heyətimizə hədiyyə edib.

Aysel Yaqubqızı / Metbuat.az