"Müstəmləkə vəziyyətindəyik, hakimiyyət əvvəlkilərin siyasətini davam etdirir"

"Baş vermiş inqilabdan 7 ay keçməsinə baxmayaraq cəmiyyətin bir hissəsi faktiki olaraq yaranmış vəziyyətin dərin siyasi nəticələrini dərk etmir. Əlbəttə, bu işdə ictimaiyyəti, xüsusilə siyasi aktorların davranışları ilə nəzərə çarpmamasına görə günahkar hesab etmək çətindir. Məxməri inqilab cinayət oliqarxiyasını təmamilə dağıtmağı nəzərdə tuturdu. Söhbət 20 ildir cinayətkar oliqarxiyanın oyuncağı olaraq onun yanında yer alan partiyalardan gedir. İndi isə istəkdən asılı olmayaraq keçiriləcək seçkilər faktiki olaraq bu siyasi məsuliyyət sərhəddini müəyyən edəcək".

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, "Araçin lratvakan" agentliyində mövzu ilə əlaqədar "Menk" (Biz) ittifaqının üzvü Təhminə Vardanyan, "Sasna Tsrer" partiyasının üzvü Qevork Safaryan və hüquq müdafiəçisi Artur Sakuntsun iştirakı ilə müzakirələr keçirilib.

"Respublika və Azad Demokratlar partiyalarının birləşməsi ilə “Menk” ittifaqı yaradılıb. Bu ittifaqın əsas fəaliyyət istiqaməti xarici siyasət və qərb dəyərlərinin tətbiqindən ibarətdir", - deyə Təhminə Vardanyan ittifaqın məqsədlərinə aydınlıq gətirib.

Hüquq müdafiəçisi Artur Sakunts isə qeyd edib ki, məxməri inqilabın əsas səbəbi, illərdir həll edilməyən problemlər, korrupsiya və avtoritar sistem olub.

"Seçki qanunvericiliyi keçmiş iqtidarın alətlərindən biri olduğuna görə dəyişikilk aparılmalı idi. İnstitutlar və idarəetmə sistemi sahəsində ciddi islahatlar aparmaq lazım idi. Ermənistanın iqtisadi azadlıq, həmçinin təhlükəsizlik və xarici siyasət problemləri var. Əgər siyasi qüvvələr bu problemlərin həllində öz baxışlarını təqdim etməsələr, o zaman bu seçki əvvəlkilərdən fərqlənsə də, siyasi seçimimiz olmayacaq", - deyə Sakunts öz fikirlərini ifadə edib.

Safaryanın fikrincə, Ermənistan üçün strateji əhəmiyyət daşıyan bütün mövzular ətrafında siyasi qüvvələrin dəqiq mövqeyi olmalıdır.
"Bizim müdafiə sistemimiz Rusiyadan asılıdır. Bu yolverilməzdir. Biz müstəmləkə vəziyyətindəyik, bizim suverenliyimiz vacibdir. Lakin Rusiya ilə münasibətləri qırmaq olmaz", - deyə o vurğulayıb.

Vardanyanın sözlərinə görə isə Paşinyan hakimiyyəti KTMT və AİƏT qurumlarına üzvlük məsələsində əvvəlkilərin apardığı siyasəti davam etdirir.

21 yaşlı oğlan dağıntılar altından belə xilas edildi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR