Qış turizminə qızğın hazırlıq gedir

Azərbaycanda qış turizminin başlanmasına az müddət qalıb.

Maraqlıdır, qış turizminə hazırlıq necə gedir?

Bununla bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib ki, qış turizmi ilə bağlı artıq paketlər hazırlanıb:

“Dekabrın 1-dən başlayaraq turizm şirkətləri vətəndaşlar üçün yeni tur paketlər təklif edəcək. Bura Şahdağ, Qəbələ turları aiddir. Sezon adətən dekabrın 1-dən başlayır və ümidvaram ki, həmin tarixə otellərimiz hazır olacaqlar”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli isə qeyd edib ki, qış turizmi əsas yeni illə bağlı olur:

“Hazırda qış turizminə hazırlıqlar davam edir. Ölkədaxili və ölkəxarici tur paketlər hazırlanır. Ölkəxarici turlar əsasən qoşu ölkələrə, həmçinin Avropa və Amerikaya nəzərdə tutulur. Yeni ilə az qalmış qiymətlərdə bahalaşma olur. Lakin biz Fly.az olaraq müştərilərimizin qarşısına münasib qiymətlərlə çıxmağa çalışırıq. Müştərilərə məsləhətimiz turları öncədən almaqdır. Çünki vaxta az qalmış yerlər azalır, nəticədə qiymətlər qalxır.

Ölkədaxili turlar ölkəxarici turlardan heç də geridə qalmır. Xaricdən gələn qonaqlarımız üçün gözəl və sərfəli təkliflər hazırlamışıq. Artıq bir çox otellərdə yerlər qalmayıb. Olduqca professional yanaşma var. Təcrübəli kadrların sayı günü-gündən çoxalır. Bu səbəblə, gələcəkdə ölkəmizdə çox sayda turistlərin gəlməsi gözlənilir.

Turizm sahəsində böyük işlər görülür. Bildiyiniz kimi, Cənab Prezidentin fərmanından sonra Dövlət Turizm Agentliyi yarandı. Agentliyin çox professional fəaliyyəti var. Onun vasitəsilə xarici ölkələrdə Azərbaycan təbliğ olunur. Bu hal bizi çox sevindirir. Bunun nəticəsidir ki, xarici turistlərin ölkəmizə marağı artır. Onlar qruplar şəklində vətənimizə gəlirlər. Biz də Fly.az olaraq ölkəmizə gələn turistləri məmnun etməyə çalışırıq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

İvanovkadan möhtəşəm GÖRÜNTÜLƏR – FOTOREPORTAJ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR