Ayaqların çox üşüməsi bu xəstəliyin

Havaların soyuq və ya isti olmasına rəğmən, bəzi insanların ayaqları həddən artıq üşüyür. Mütəxəsssilər deyir ki, bu ciddi sağlamlıq problemlərindən xəbər verir.

Metbuat.az Türkiyə KİV-nə istinadən bildirir ki, tiroid hormonu az olan və yetərli miqdarda istehsal olunmayan insanlarda maddələr mübadiləsi zəif olur. Maddələr mübadiləsi həm ürəyin həm də bədənin istiliyinə nəzarət etdiyi üçün zəif triod hormonları ayaqların üşüməsinə səbəb olur.

Həkimlər deyir ki, bu problemə şəkər xəstələrində daha çox rast gəlinir. Yüksək qan şəkəri arteriyaların daralmasına və damarlarda qan axımının azalmasına səbəb olduğu üçün ayaqlarda soyuqluq yaradır.

Ayaqların üşüməsinin digər az rast gəlinən səbəbləri bunlardır:

Sinirlərdə meydana gələn zədələnmələr

Qan damarlarının spazm olduğu "Raynaud" fenomeni

"Plak"lara bağlı arteriyaların daralması.

Əgər sizin də ayağınız həddən artıq üşüyürsə, mütləq həkimə müraciət edin.

Aysel Yaqubqızı / Metbuat.az

Bişmiş yeməkləri 2 dəfədən artıq İSİTMƏYİN! - DİQQƏT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR