"Park Inn Baku" otelində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu" keçirilir.
Forum 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokoluna və 21 sentyabr 2017-ci il tarixdə Aktau şəhərində keçirilən Azərbaycan-Qazaxıstan gənclərinin əməkdaşlığı günü çərçivəsində əldə edilmiş razılığa əsasən təşkil olunur.
Beynəlxalq forumun keçirilməsində məqsəd ölkələr arasında gənclər sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması üçün şəraitin yaradılmasıdır.
Sərdar Məmmədov
Müzəffər İsmayılov