Əhali arasında qidadan kütləvi zəhərlənmə ciddi problemlərdən birinə çevrilib. Xüsusən də belə zəhərlənmələrə şadlıq saraylarında təşkil edilən toy və digər mərasimlərdə yeyilən yeməklərdən istifadə zamanı daha çox rast gəlinir.
ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Belə zəhərlənmə təhlükəsindən heç kim sığortalanmayıb. Şəkinin Öyrət kənd sakini Gülxanım Ziyəddin qızı İsmayılova kimi. Gülxanım şadlıq sarayında yeməkdən zəhərlənən nə ilk insan idi, nə də son olacaq. Çünki xoş gün üçün getdiyimiz mərasimlərdə kimlərinsə daha çox qazanc əldə etmək istəyi bəzən başqalarının faciəsi ilə bitir.
Gülxanım İsmayılova - Zəhərlənən şəxs: "Toydan qayıdanda yolda oldu. Başım fırlandı. Evə gəldim, təcili yardım çağırıldı".
Şadlıq saraylarında olan bu cür xoşagəlməz hadisələr əsasən əvvəlki mərasimdən qalan artıq ərzaq məhsullarının növbəti toy məclislərində istifadə olunmasından, ya da 2-3 saatlıq ömrü olan salatların masada təxminən yarım gün qalmasından irəli gəlir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı onlara da zənglərin çox olduğunu bildirib.
Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "20 ildir ki, istehlakçıların hüquqlarını qoruyurum, bir dəfə də buna nail ola bilməmişik. Əgər istehlakçı xəstəxanaya düşərsə, çalışılmalıdı ki, həkimdən zəhərlənmənin səbəbi haqqında sənəd alsınlar".
Restoranlarda təhlükəsizliyin təmin olunması o qədər də real görünmür. Odur ki, iş düşür toy sahibinə. Restoranın daxili və xarici gözəlliyinə yox, sırf mətbəxinə baxmaq lazımdır. Çünki mədəmizə gedən yol, gözəl dizayn və görünüşdən yox, mətbəxdə hazırlanan yeməklərdən keçir. Vətəndaşlar hər hansı şübhəli bir yeməklə qarşılaşdıqda Qida Təhlükəsizliyi Agentliyinin "1003" çağrı mərkəzinə zəng vurub məlumat verə bilərlər.
Toya gedənlər niyə zəhərlənir? -
Həmçinin oxu
Bu şəxslərin əməkhaqqları artacaq
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Dünən
·
11:36
Göyçay çayının ətrafı çirkləndirilib - Sakinlər narazıdır
05 Oktyabr 2026
·
19:46
Minimum əməkhaqqı artımı bu şəxslərə şamil olunacaq
04 Oktyabr 2026
·
22:19
TDT ölkələri qarşılıqlı ticarəti 100 milyard dollara çatdırmağı hədəfləyir
16 Sentyabr 2026
·
20:29
Top xəbərlər
Layihələr
Son xəbərlər
"Beşiktaş”ın kapitanı dərbidə forma geyinməyəcək
Bu gün
·
01:05
Telefon asılılığının əlamətləri açıqlandı
Bu gün
·
00:45
Netanyahu: “Birlikdə işi sona çatdıracağıq”
Bu gün
·
00:30
İnsanlara ikinci şans verməyən 4 bürc
Bu gün
·
00:12
Avropa Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın müdafiəsinə yönəltmək istəyir
Bu gün
·
00:03
Məşhur müğənnini 10 il həbs gözləyir
Dünən
·
23:40
Bu ərazidə su kəsiləcək
Dünən
·
23:10
Zelenski yenidən namizəd olacaq? - Özü açıqladı
Dünən
·
23:05
Bu şəxslərin əməkhaqqları artacaq
Dünən
·
22:40
İstanbulda konsertdə faciə, ölənlər var
Dünən
·
22:13
Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı
Dünən
·
21:33
Donald Tramp: Fransa yanır
Dünən
·
21:01
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə etdi
Dünən
·
20:34
Müdafiə Nazirliyi məlumat yaydı
Dünən
·
20:18
Rubio Mərkəzi və Cənubi Asiya ölkələrinə səfərə başladı
Dünən
·
19:42