Yüzlərlə qaçqın Meksikanın Amerika Birləşmiş Ştatları sərhədində yerləşən Tijuana şəhərində etiraz aksiyası təşkil edib.
Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, nümayişçilər Vaşinqtodan sığınacaq müraciətlərinə tezliklə cavab verməsini tələb edir. Mühacirlər iddia edir ki, Birləşmiş Ştatlar prosesi bilərəkdən uzadır. Prosesin 6 ay uzanacağı irəli sürülür. Sərhəddə yerləşən nəzarət keçid məntəqəsinə yürüş təşkil edən qaçqınlar, meksika polisinin maneəsi ilə üzləşib.
Qeyd edək ki, Honduras və Qvatemaladan yola çıxaraq Birləşmiş Ştatlar istiqamətində irəliləyən qaçqınların bir hissəsi artıq Kaliforniya sərhədinə çatıb. Onlar Vaşinqtondan sığınacaq tələb edir.
Sübhan / METBUAT.az