"Atletiko"nun kapitanı Dieqo Qodin yanvarda komandadan ayrıla bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, uruqvaylı müdafiəçi "Milan"la razılığa gəlib. Tərəflərin 2.5 illik müqavilə imzalayacağı bildirilir. Qodinin yeni klubunda illik 4 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2010-cu ildən Madrid klubunda çıxış edir.

Milli.Az