Uzun zamandır gözlədiyi böyrəyi ona həyat yoldaşı

Poliorqan çatışmazlıqdan əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə həyat yoldaşının böyrəyi köçürülüb.

Metbuat.az xəbər verir ki, unikal böyrək transplantasiyası əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, tanınmış cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN tərəfindən uğurla icra edilib.

"Biz Rəşad həkimi bu əməliyyatı öz üzərinə götürmək fikrindən daşındırmaq üçün çox çalışdıq. Belə ki, xəstədə böyrək çatışmazlığı ilə yanaşı, kompensasiya formasında qaraciyər çatışmazlığı da müşahidə edilirdi. Eyni zamanda resipiyentin damarları anatomik cəhətdən əməliyyat üçün o qədər də uyğun deyildi. Vəziyyətin bütün çətinliyinə baxmayaraq, Rəşad Şolan bu ağır əməliyyatı öz öhdəsinə götürdü. Nəticə gözləntilərimizi də üstələdi: köçürülmüş böyrək hazırda çox gözəl fəaliyyət göstərir, xəstədə o cümlədən qaraciyər çatışmazlığı geriləyib" - deyə şöbə əməkdaşları transplantasiya ilə bağlı təəssüratlarını bölüşüb.

Aysel Yaqubqızı / Metbuat.az

Qadağan olunmuş yerlərdə siqaret çəkənlər - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR