Kor kişi "Palyboy" jurnalını məhkəməyə verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da yaşayan şəxs "Playboy" jurnalının onlayn versiyasını oxuyub zövq ala bilmədiyinə görə məhkəməyə verib.

O, şikayətində bildirib ki, "qüsurlu şəxslərlə bağlı ABŞ qanunu" pozulub.

Belə ki, saytın onlayn formasının görmə qüsurlu şəxslər üçün versiyası yoxdur.

Jurnal bu qaydaları pozduğuna görə cərimələnə bilər. Jurnaldan məsələ ilə bağlı açıqlama verilməyib.

Fuad
Milli.Az