Müğənni Əhməd Mustafayev nişanlanmasından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Zaurla Günaydın" proqramında bildirib ki, ailə qurmağa hazırlaşdığı qız əmisi qızıdır.

Aparıcı Zaur Baxşəliyev isə "Qaytar nişanı. Əmi qızı ilə evlənmək olar? Gələcəkdə o qədər problemlər olur ki... Biz görürük ki, uşaq olanda nə qədər xoş olmayan hallar yaşanır" sözlərini deyib.

Əhməd isə analizlər verib, hər şeyi əvvəlcədən öyrəndiklərini bildirib:

"Mənim üçün sevgidən önəmli hörmətdir. Bir-birimizə hörmətimiz var. Bu, mənim üçün oyuncaq deyil. Kənar xanım deyil. Bunları əvvəlcədən düşünmüşük. Analizləri vermişik, heç bir problem yoxdur".

Milli.Az