Belə ki, Bakı şəhər sakini İntizar Süleymanovaya məxsus S.S.Axundov küçəsində yerləşən çay evində, içərisində 1 187 manat, şəxsiyyət vəsiqəsi və 3 ədəd bankomat kartı olan pul kisəsini oğurlanıb. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1979-cu il təvəllüdlü Anar Fərhad oğlu Kərimov tutulub. Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.