Çexiya Prezidenti Miloş Zeman ABŞ-ın 41-ci Prezidenti Corc Buşun vəfatı ilə bağlı Birləşmiş Ştatların dövlət başçısı Donald Trampa başsağlığı məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Zeman ABŞ-ın mərhum Prezidentini görkəmli diplomat, dövlət xadimi və gözəl insan kimi xarakterizə edib.
Çexiya Prezidentinin məktubunda deyilir: "O, soyuq müharibənin başa çatmasında, ən əsası isə "dəmir pərdə"nin və sosialist blokunun süquta uğramasında böyük rol oynayıb. Corc Buş (ata) "məxməri" inqilabdan sonra Praqaya səfər edən ilk amerikan Prezidenti olub. O, özü ilə bizim, heç şübhəsiz ki, həmişə mənsub olduğumuz Avropa ailəsinə qayıtmağımıza kömək edən yeni enerji, böyük ümidlər və gələcəyə inam gətirib".
Milli.Az